BAKI,TurkicWorld
İndiyədək TAP Avropanı 54,3 milyard kubmetr, İtaliyanı isə 45,4 milyard kubmetr qazla təmin edib.
TurkicWorld xəbər verir ki, bunu bu gün energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında bildirib.
Onun sözlərinə görə, ötən il İtaliyanın təkcə SOCAR vasitəsilə 10,34 milyon ton neft və ümumilikdə 9,5 milyard kubmetr qazla təchiz edildiyi diqqətə çatdırılıb:
"Eyni zamanda İtaliyanın "CESI SpA" şirkəti "Xəzər-Qara Dəniz-Avropa" və "Mərkəzi Asiya-Azərbaycan" yaşıl enerji dəhlizləri layihələrinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi tərəfdaşımızdır. 2032-ci ildən etibarən mərhələli şəkildə istismara veriləcək "Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi Avropa bazarına ötürüləcək elektrik enerjisindən İtaliyanın da faydalanmasına imkan yaradacaqdır".






