Qəbələ, TurkicWorld
Yaxın zamanda yeni külək enerji stansiyası istismara veriləcək.
TurkicWorld-in məlumatına görə, bunu Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bu gün Qəbələ rayonunda "Savalan" şərab zavodunun ərazisində istifadəyə verilən hər birinin gücü 150 kVt/saat olmaqla 3 ədəd Günəş Elektrik Stansiyasının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda istifadəyə verilən hər bər olunan enerji məmbələri üzrə layihə ölkəmizin növbəti uğurudur. Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə birgə bir neçə layihə həyata keçirilir.
"Artıq bir neçə günəş enerji layihələri istifadəyə verilib. Yaxın zamanda yeni külək enerji stansiyası istismara veriləcək. Artıq bu stansiyanın turbinləri Bakıya gətirilib".
C. Abdullayeb qeyd edib ki, bundan başqa, daha böyük meqalayihələr var ki, onlar da qarşıdakı illərdə istifadəyə veriləcək: "Sevindirici haldır ki, bütün bu layihələrin istifadəyə verilməsində dövlət tərəfindən vəsait ayrılmayıb və yalnız özəl investisiya hesabına həyata keçirilib. Yaşıl enerjiyə keçiddə özəl sektorun önəm verməsi təqdirəlayiq haldır"