Qazaxıstanda 180 mayeləşdirilmiş neft qazı satıcısı ilə bağlı araşdırma başladılıb

Qazaxıstanda 180 mayeləşdirilmiş neft qazı satıcısı ilə bağlı araşdırma başladılıb

Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyi (RQİA) mayeləşdirilmiş neft qazının pərakəndə satışı ilə məşğul olan 180 şəxslə bağlı araşdırma başladıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Agentliyin mətbuat xidmətindən bildiriblər.

"Yanvarın 7-i üçün RQİA mayeləşdirilmiş neft qazının pərakəndə satışı ilə məşğul olan sahibkarlara qarşı araşdırma başladıb: Manqistau vilayətində - 85, Qaraqandada - 14, Atırauda - 22, Akmolada - 22, Qızılordada - 12, Nur-Sultanda - 4, Çimkənddə - 5, Kostanay vilayətində - 4, Şimali Qazaxıstanda - 4, Türküstanda - 5, Jambıldda- 2 və Almatı vilayətlərində - 1", - deyə məlumatda bildirilir.