Son dəqiqə

Energetika Nazirliyi OPEC plus

Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 708,4 min barrel olub

2021-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barrel olub.

Energetika Nazirliyindən Turkicworld-a verilən məlumata görə, bunun 588,9 min barrelini xam neft, 119,5 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barrel həcmində olması nəzərdə tutulurdu.

Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barrel çox, yəni 654 min barrel istehsalına imkan yaradır.

Mövzuya görə xəbərlər