TPAO daha 18 yataq üçün beşillik neft kəşfiyyatı lisenziyası alıb

TPAO daha 18 yataq üçün beşillik neft kəşfiyyatı lisenziyası alıb

Bakı. TurkicWorld:

Türkiyə Neft Anonim Şirkəti (TPAO), Türkiyənin müxtəlif vilayətlərində 18 yataq üçün beşillik neft kəşfiyyatı lisenziyası alıb.

TurkicWorld bu barədə "Resmi Gazete"ye istinadən xəbər verir.

Müvafiq olaraq, TPAO-ya Qaziantep, Antalya, Çanaqqala, Şanlıurfa, Zonguldak, Diyarbakır, Hakkari, Bartın, Karabük, Kastamonu, Elazığ, Ədirnə, Kahramanmaraş və Kilisdə cəmi 18 yataqda neft kəşfiyyatı lisenziyası verilib.

Bundan əlavə, TPAO-nun Diyarbəkir, Batman, Siirt, Tekirdağ və Kırklarelidəki yataqlarının müsadirə edilməsinə qərar verilib.

Aytac Süleymanova

Twitter: a_alieva_