Azərbaycan təbii qaz hasilatını artırıb - Pərviz Şahbazov

Azərbaycan təbii qaz hasilatını artırıb - Pərviz Şahbazov

Bakı. TurkicWorld:

Bu ilin 10 ayında, operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 25.3 mln. ton, ixracı isə 21 mln. ton olub.

TurkicWorld xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu dövrdə 4.2% artımla hasil edilmiş 40.1 mlrd. m3 qazın 19.8 mlrd. m3-i ixrac olunub", - nazir əlavə edib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Dəhlizlə Xəzər dənizi regionundan hasil olunan qaz Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.

Layihə 33 milyard ABŞ dolları dəyərindədir. CQD-nin əsaslı xərclərinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.

2022-ci ilin iyul ayında Azərbaycan və Aİ CQD vasitəsilə qaz tədarüklərinin həcmini 2027-ci ilədək hazırki 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər.