Son dəqiqə

Azərbaycan TAP İtaliya Luka Skyepatti

TAP konsorsiumu Avropaya qaz tədarüklərinin həcmini açıqlayıb

Bakı. TurkicWorld:

Kommersiya istismarına verildikdən sonra Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 27,5 milyard kubmetrdən çox təbii qaz nəql olunub.

TurkicWorld xəbər verir ki, bu barədə TAP-ın icraçı direktoru Luka Skyepatti İtaliyada keçirilən enerji sammitində deyib.

Onun sözlərinə görə, bu həcmin 23 milyard kubmetrdən çoxu İtaliyaya ixrac olunub.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə başlanılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Mövzuya görə xəbərlər