İtaliya Azərbaycanla enerji keçidi sahəsində də əməkdaşlıq edə bilər - İtaliya səfiri

İtaliya Azərbaycanla enerji keçidi sahəsində də əməkdaşlıq edə bilər - İtaliya səfiri

Bakı. TurkicWorld:

İtaliya Azərbaycanla enerji keçidi sahəsində də əməkdaşlıq edə bilər.

TurkicWorld xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri İtaliyanın Respublika Gününə həsr olunmuş tədbirdə deyib.

Səfirin sözlərinə görə, İtaliya təkcə Azərbaycanın enerji resurslarının əsas idxalçısı deyil, məsələn, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsi fonunda İtaliyanın texnoloji təcrübə baxımından təklif edə biləcəyi çox şey var.

"Bunu imzalanmış son sazişlər, eləcə də tərəfdaşlığımızın həqiqi potensialının və perspektivlərinin bariz nümunəsi olan TAP-ın müsbət təcrübəsi göstərir", - deyə səfir bildirib.