Son dəqiqə

Türkiyə Türkiyə hava limanları Esenboğa Hava Limanı

Aprel ayında Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb

Bakı. TurkicWorld:

2023-cü ilin aprel ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 38 faiz artaraq, 3 milyon 398 min 67 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 35 faiz artaraq 2 milyon 733 min 30 nəfər, beynəlxalq reyslər üzrə isə 54 faiz artaraq 665 min 37 nəfər təşkil edib.

Bu ilin aprel ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 31 milyon 897 min 21 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq, 21 milyon 384 min 22 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 19 faiz artaraq, 10 min 513 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32 faiz artaraq, 27 min 784 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 35 faiz artaraq 22 min 85, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 5 min 699 olub.

2023-cü ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 54 milyon 604 min 362 nəfər, yük dövriyyəsi isə 1 milyon 122 min 266 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Mövzuya görə xəbərlər