Son dəqiqə

Türkiyə Özəl Türkiyə hava limanları Esenboğa Hava Limanı

Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 2 milyonu ötüb

Bakı. TurkicWorld:

2023-cü ilin mart ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 34 faiz artaraq, 2 milyon 484 min 332 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 30 faiz artaraq 1 milyon 998 min 634 nəfər, beynəlxalq reyslər üzrə isə 51 faiz artaraq 483 min 698 nəfər təşkil edib.

Bu ilin mart ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 23 min 343 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq, 15 min 635 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 18 faiz artaraq, 7 min 708 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 34 faiz artaraq, 20 min 785 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 37 faiz artaraq 16 min 647, beynəlxalq reyslər üzrə isə 22 faiz artaraq 4 min 138 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 38 milyon 948 min 467 nəfər, yük dövriyyəsi isə 833 min 949 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Mövzuya görə xəbərlər