Bakı. TurkicWorld:
Türkiyə 2023-cü ilin yanvar-fevral aylarında Qazaxıstana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 70,2 faiz artıraraq 5,4 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Bu ilin fevral ayında Türkiyə Qazaxıstana polad ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 22,5 faiz artıraraq 3 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz azalaraq 2,2 milyard dollara bərabər olub.
Bu ilin fevral ayında Türkiyə 1,1 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 38,8 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (fevral 2023 - fevral 2023) Türkiyə 31,6 milyard dollar məbləğində polad ixrac edib.