Fevral ayında Türkiyə Türkmənistana elektrik avadanlıqları ixracatını 70 faizdən çox artırıb

Fevral ayında Türkiyə Türkmənistana elektrik avadanlıqları ixracatını 70 faizdən çox artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-fevral aylarında Türkmənistana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 72,7 faiz artıraraq 157,6 min dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Bu ilin fevral ayında Türkiyə Türkmənistana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 78,1 faiz artıraraq 81,9 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 2,5 milyard dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 1,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da bu ilin fevral ayı ilə müqayisədə 11,7 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (fevral 2022- fevral 2023) Türkiyə 15,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.