Hollandiyadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Hollandiyadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar ayında Hollandiyadan Türk limanlarına 6 milyon 856 min 825 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Hollandiyadan limanlara 39 min 881 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 6 miyon 609 min 177 ton yük çatdırıb.

Bu müddət ərzində Hollandiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 207 min 767 ton yük çatdırılıb. 2023-cü ilin yanvar ayında Türkiyə limanlarına Hollandiyadan 351 min 649 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Türkiyə limanları 31 milyon 991 min 861 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 1 milyon 908 min 95 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 83 min 766 ton olub.

Bununla yanaşı, 2023-cü ilin yanvar ayında Türkiyə limanlarından 6 milyon 497 min 512 ton transit yük daşınıb.