İslam İnkişaf Bankı Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır - Mikayıl Cabbarov

İslam İnkişaf Bankı Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır - Mikayıl Cabbarov

Bakı. TurkicWorld:

İslam İnkişaf Bankı Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır.

TurkicWorld-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

"Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə ölkəmizlə ikitərəfli əlaqələrin mövcud vəziyyəti,işğaldan azad edilmiş ərazilərimizin bərpası, birgə layihələrin reallaşdırılması və yeni əməkdaşlıq platformalarının yaradılması imkanlarını müzakirə etdik", - deyə nazir bildirib.