Azərbaycan və Britaniya arasında gömrük sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Britaniya arasında gömrük sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı. TurkicWorld:

Böyük Britaniya XİN-in Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə tanış olub.

TurkicWorld-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tvitter hesabında paylaşım edib.

"Ölkələrimizin gömrük orqanları arasında əlaqələrin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə əməkdaşlığın perspektivlərindən söhbət açdıq", - deyə Ş.Bağırov qeyd edib.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti fevralın 22-dən Azərbaycanda səfərdədir. Nazir Azərbaycanda bir sıra rəsmi görüşlər keçirib.