Zəngilan. TurkicWorld:
Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli işçi qrupu tərəfindən Zəngəzur dəhlizinin açılması istiqamətində işlər davam etdirilir.
TurkicWorld-un məlumatına görə, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, 2022-ci ilin avqust ayında Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi (32 km, 2-3 hərəkət zolaqlı, 10 km hissə Ermənistan ərazisində özləri tərəfindən tikilməlidir) başa çatıb. Azərbaycan tərəfi yeni tikilmiş yoldan ermənilərin istifadə etmələri məqsədilə sərhəddə Həkəri çayı üzərində yeni tikilmiş körpüdən keçməklə Ermənistan ərazisində 5,4 km uzunluğunda yeni avtomobil yolu da tikərək istifadəyə verib.