Türkiyənin energetika və təbii ehtiyatlar naziri Bakıya gəlir

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Bakıya gəlir

Bakı. TurkicWorld

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz Azərbaycana səfər edəcək.

TurkicWorld -in məlumatına görə, türkiyəli nazir Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak edəcək.

F. Dönməzin iclasda Türkiyənin enerji ticarət mərkəzi hədəfində çatdığı son nöqtə ilə bağlı məlumat paylaşacağı nəzərdə tutulur.

Qeyd edək ki, fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.