Keçən il Türkiyədə qeydə alınan Qazaxıstan şirkətlərinin sayı artıb (ÖZƏL)

Keçən il Türkiyədə qeydə alınan Qazaxıstan şirkətlərinin sayı artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

Keçən il Türkiyədə Qazaxıstan kapitalı ilə 138 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 79 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“2022-ci ilin dekabr ayında Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 42,6 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 14,1 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (94) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 34,3 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə 8 inşaat, 67 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.