Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Mənzil bazarı mənzil mənzil satışı

Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 60 daşınmaz əmlak satın alıblar ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır.

Bu barədə TurkicWorld - ya Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyədə 113 min 367 mənzil satın alınıb ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 2,1 faiz azdır.

Məlumata görə, 2026-cı ilin yanvar- mart aylarında Türkiyədə 349 min 396 mənzil satın alınıb.

"Bu göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2026-cı ilin mart ayında Türkiyədə xarici vətəndaşlara min 353 mənzil satılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azdır.

Keçən ilin yanvar- dekabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 534 mənzil alıblar ki buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azdır.

Mövzuya görə xəbərlər