Son dəqiqə

ixrac Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi İxracat Türkiyənin kimyəvi maddə məhsulları ixracı

Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 125 milyon 79 min 71 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana kimyəvi maddə məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 44 milyon 545 min 81 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq, 2 milyard 961 milyon 823 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 7 milyard 623 milyon 294 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 31 milyard 760 milyon 441 min dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər