Son dəqiqə

AMB

Azərbaycanın sığorta bazarı kiçilib

Bakı. TurkicWorld:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artıb.

Mövzuya görə xəbərlər