BAKI, TurkicWorld, Orxan Qədirzadə
İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir.
TurkicWorld İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Xankəndi şəhərində keçirilən qəbul zamanı vətəndaşların sahibkarlığın inkişafı, vergi və sosial məsələlərlə bağlı müraciətlərinə baxılıb.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xankəndi şəhərində vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən sahibkarlığın inkişafı, vergi məsələləri, güzəştli kreditlərin verilməsi, sosial problemlər, o cümlədən işlə təmin olunma və digər mövzuları əhatə edib.
Qəbul zamanı sorğu xarakterli müraciətlər üzrə vətəndaşlara müvafiq izahat və əsaslandırılmış cavablar təqdim olunub. Araşdırma tələb edən müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.