Son dəqiqə

Dövlət Gömrük Komitəsi

Azərbaycanın yanvarda gübrə ixrac və idxalı azalıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar ayında Azərbaycandan 14,3 milyon ABŞ dolları dəyərində 45,8 min ton gübrə ixrac edilib.

TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,6 milyon ABŞ dolları və ya 31,1%, həcm baxımından isə 6,8 min ton və yaxud 32,3% azdır.

Gübrə ixracı ölkənin bu ilin yanvar ayının ümumi məhsul ixracında 0,64% paya malik olub.

Eyni zamanda 2026-cı ilin yanvar ayında Azərbaycana 5,6 milyon ABŞ dolları dəyərində 8,4 min ton gübrə idxal edilib.

Məlumata görə, bu, ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 436 min ABŞ dolları və ya 8,5% çox, həcm baxımından isə 4,6 min ton və ya 35,7% azdır.

Hesabat ayında gübrə idxalı ölkənin ümumi idxalının 0,43%-ni təşkil edib.

Mövzuya görə xəbərlər