Son dəqiqə

neft

Yanvar ayında Azərbaycanda istehsal olunan neft bitumunun həcmi açıqlandı

Bakı. TurkicWorld:

Cari ilin yanvar ayında Azərbaycanda 6,9 min ton neft bitumu istehsal olunub.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinin aylıq məlumatına istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13,3 min ton və ya 2,9 dəfə azdır.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda 2,252 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 56 min ton və ya 2,4 faiz azdır.

Həmin dövrdə xam neftin ümumi hasilatının 2,248 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 53 min ton və ya 2,3 faiz azdır.

Mövzuya görə xəbərlər