Son dəqiqə

Azərbaycan nefti neft hasilatı neft neft məhsulları neft quyuları Neft-qaz kəmərləri Neft qiyməti artımı

Azərbaycan nefti ucuzlaşıb

BAKI, TurkicWorld

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,46 ABŞ dolları və ya 0,66% azalaraq 69,57 dollar təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,56 dollar və ya 0,83% ucuzlaşaraq 66,99 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,51 dollar və ya 1,3% azalaraq 38,98 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,55 dollar və ya 0,8% azalaraq 70,33 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Mövzuya görə xəbərlər