Son dəqiqə

İran Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən İrana hazır geyim ixracı 22 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən İrana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalaraq, 22 milyon 45 min 25 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında İrana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,5 faiz azalaraq, 1 milyon 294 min 78 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 15 milyard 506 milyon 584 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 290 milyon 599 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 13,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 16 milyard 766 milyon 621 min dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər