Son dəqiqə

Azərbaycan Milli Məclis Bakı Azər Əmiraslanov

Tütün məmulatlarının aksiz dərəcələri kəskin artırılır

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Yerli istehsala əsaslanan və idxal olunan ənənəvi siqaretlər üzrə aksiz dərəcələrinin artırılması, tamamilə idxaldan asılı olan və aşağı aksiz dərəcələrinə malik bir sıra alternativ tütün məmulatlarının istifadəsinin artmasına və onların minimal qiymətləri səbəbindən satışında kəskin bahalaşma baş verməsinə gətirib çıxara bilərdi. Bu baxımdan tütün məmulatları bazarının həmin seqmenti üzrə aksiz dərəcələrinə yenidən baxılması zərurəti yaranıb.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, aksiz dərəcələrinin dəyişdirilməsi təklif olunan tütün məmulatlarının aşağıdakılardır.

“Birinci qrup — alışdırılmadan, inhalyasiya üçün nəzərdə tutulan, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullardır. Bu məhsullar üzrə aksiz dərəcəsinin min ədədinə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılması təklif olunur.

İkinci qrup — istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkilən tütünlər, homogeneleştirilmiş və ya bərpa edilmiş tütünlər, çeynənən və ya buruna çəkilən tütün məhsullarıdır. Bu məhsullar üzrə aksizin hər kiloqramına görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata yüksəldilməsi təklif edilir”.

Mövzuya görə xəbərlər