Son dəqiqə

Qazaxıstan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı 189 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə 2025-cü ilin sentyabr ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq, 23 milyon 149 min 83 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 189 milyon 546 min 81 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq, 24 milyard 331 milyon 79 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 2 milyard 500 milyon 661 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 14,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 31 milyard 956 milyon 706 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər