Son dəqiqə

Türkiyə tender Türkiyədə tender Ərzincan 2025 tender elanları

Türkiyə Bələdiyyəsi 700 min litrə yaxın yanacaq alacaq

BAKI,TurkciWorld, Fərid Mikayılov

Türkiyənin Ərzincan bələdiyyəsi 650 min litr dizel, 12 min litr benzin alınması üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaq tenderin nəticələri açıqlandıqdan sonra 180 gün ərzində təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 22 oktyabr 2025-ci il tarixinə qədər "Taksim Mah. Çevre Yolu Üzeri Erzincan Merkez/Erzincan" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər