Bakı. TurkicWorld:
2022-ci ilin yanvar-may aylarında Rusiya vətəndaşları Türkiyədə 3 min 962 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 min 503 obyekt daha çoxdur.
TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.
Məlumata görə, 2022-ci ilin may ayında Rusiya vətəndaşları Türkiyədə 1275 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2021-ci ilin may ayı ilə müqayisədə 1156 obyekt çoxdur.
2022-ci ilin may ayında Türkiyədə 122 min 768 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 107 faiz çoxdur. May ayında Türkiyədə əcnəbilərə 5 min 962 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.