Son dəqiqə

Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı

Türkiyədən İraq vətandaşları mindən çox daşınmaz əmlak alıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-noyabr aylarında İraq vətəndaşları Türkiyədə min 158 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 665 obyekt azdır.

Bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin noyabr ayında İraq vətəndaşları Türkiyədə 147 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 57 obyekt çoxdur.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyədə 153 min 14 mənzil satın alınıb ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 63,6 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədə 1 milyon 256 min 388 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur.

2024-cü ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 151 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 8,2 faiz azdır.

Bu ilin yanvar – noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 363 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azdır.

Mövzuya görə xəbərlər