Həyatın bütün sahələrində iştirak edən MÜSİAD Qadınlar maarifləndirmə tədbirləri ilə özlərini daha da gücləndirirlər - Məryəm İlbahar

Həyatın bütün sahələrində iştirak edən MÜSİAD Qadınlar maarifləndirmə tədbirləri ilə özlərini daha da gücləndirirlər - Məryəm İlbahar

Bakı. TurkicWorld:

MÜSİAD Sahibkar Qadınların Təşkilatının Beynəlxalq Maarifləndirmə Zirvəsi (IAS'22) Türkiyənin Ailə və Sosial Siyasətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Demokratiya Vəqfi (KADEM) Mütəxəssislər Şurasının sədri Sümeyye Ərdoğan Bayraktar və Müstəqil Sənayeçi İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə keçirilib. TurkicWorld-un məlumatına görə, Beynəlxalq Maarifləndirmə Zirvəsində qiymətləndirmələr aparan MÜSİAD Qadın Başçısı Məryəm İlbahar həyatın bütün sahələrində iştirak edən MÜSİAD Qadınların maarifləndirmə tədbirləri ilə özlərini daha da gücləndirdiklərini bildirib.

"Biz MÜSİAD Sahibkar Qadınlar Təşkilatı olaraq inanırıq ki, iş dünyasında qadın işəgötürənlərin sayının artırılması, bu potensialın inkişaf etdirilməsi və gücləndirilməsi şübhəsiz ki, həm məşğulluğa, həm də ölkə iqtisadiyyatına müsbət töhfə verəcək. Qadınların işgücündə iştirakı da iqtisadi və sosial həyatın davamlılığı üçün çox vacibdir. Bizim fəaliyyət istiqamətlərimizdən biri də qadın sahibkarlığını dəstəkləmək və mövcud təşəbbüsləri gücləndirməkdir." - deyə İlbahar qeyd edib.

MÜSİAD-ın 11 sentyabr 2021-ci il tarixində keçirilən 26-cı Adi Baş Assambleyasından sonra MÜSİAD Qadınların daha dinamik bir quruluşa çevrildiyini bildirən MÜSİAD sədri Mahmut Asmalı bu inkişafın Beynəlxalq Maarifləndirmə Zirvəsi ilə də öz əksini tapdığını vurğulayıb.

"Son illər qadınların iş həyatında böyük ölçüdə iştirakı və daha fəal rol alaraq sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ölkədə inkişaf etməkdə olan iqtisadiyyat üçün strateji əhəmiyyət kəsb edir. Biz MÜSİAD Qadınlar təşkilatımızın qadınların iqtisadi həyatda daha çox iştirak etmələrini təmin edəcək siyasət və layihələrini dəstəkləyirik.”.

Beynəlxalq Maarifləndirmə Zirvəsinin "Köç" sessiyasında Kərəm Vəqfi Qurucusu Lina Sergie Attar, Vassalam Vəqfi Qurucusu Nazan Yalçınkaya və Direktor Tülay Gökçimen böhran bölgələrində baş verənləri qiymətləndirib və həll yolları təklif ediblər. Miqrasiya sessiyasından sonra suriyalı akademik Fatma Hüseyn öz fikirlərini bölüşüb. Sammit Sahibkarlıq və Rəqəmsal panel ilə davam edərkən, texnologiya investoru Hande Enes, TOBB İstanbul Qadın Sahibkarlar Şurasının sədri Hatice Kal və MeloApp qurucusu Melis Bilgili Pelin Çiftin moderatorluğu ilə qiymətləndirmələr aparıblar.

Tədbirin son paneli olan Ətraf Mühit və Sağlamlıq panelində iqlim böhranı müzakirə olunub. Proqramda Mədəniyyət və Turizm Nazirinin müavini Özgül Özkan Yavuz, Yaşam Məşqçisi Dilara Koçak, Horizon Danışmanlıq şirkətinin qurucularından biri olan Eser Erginoğlu və Bursa Ticarət və Sənaye Palatası (BTSO) Ətraf Mühit və Təmiz İstehsalat Şurasının sədri Mihrimah Kocabıyığın moderatorluğu ilə fikirlərini bölüşüblər. “Dəyişim bizdən başlayır” adı ilə keçirilən Beynəlxalq Maarifləndirmə Zirvəsinin bağlanış proqramında Professor Ümit Meriç qlobal böhranların sosial həyata təsirlərini qiymətləndirib.

Beynəlxalq Marifləndirmə Zirvəsi çərçivəsində Tükiyəli rəssam Bilal Akkayanın "Xəttlərin harmoniyası" adlı müasir xəttatlıq sərgisi qonaqlara təqdim olunub. Sərgi iştirakçılar tərəfindən maraqla izlənilib.