Son dəqiqə

Türkmənistan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz artaraq, 19 milyon 981 min 22 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,7 faiz artaraq, 131 milyon 334 min 16 dollara bərabər olub.

Qeyd edək ki2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 artaraq, 11 milyard 379 milyon 976 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1 milyard 492 milyon 102 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,1 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 17 milyard 331 milyon 942 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər