Son dəqiqə

Türkiyə tender İstanbul İstanbul Universiteti Türkiyədə tender 2025 tender elanları səhiyyə sektoru tenderi

Türkiyə universiteti cərrahi alətlər satın alacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin İstanbul universiteti 211 növ cərrahi alətlərin satın alınması üçün tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Alətlər tenderin nəticələri açıqlandıqdan sonra 30 gün ərzində təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 13 oktyabr 2025-ci il tarixinə qədər "İstanbul Üniversitesi-Cerrahpaşa Rektörlüğü/Cerrahpaşa Tıp Fakültesi Başhekimliği / (Cerrahpaşa Yerleşkesi) Gider İdaresi Süreç Yöneticiliği H Blok Prefabrik Bina 2. Kat İhale Salonu Fatih/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər