Son dəqiqə

ixrac Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracı Statistika Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası İxracat

Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı 44 milyon dollara çatıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyul ayında Azərbaycana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azalaraq, 44 milyon 472 min 53 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 304 milyon 215 min 5 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 19 milyard 203 milyon 67 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 3 milyard 433 milyon 803 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 32,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 31 milyard 566 milyon 448 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər