Son dəqiqə

Türkiyə limanları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarının statistikası Türkiyə limanlarında yük daşımaları 2025 Türkiyə limanlarına daxil olan yüklər 2024 və 2025 Türkiyə limanları statistikası Türkiyə limanlarının yük qəbul etmə statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik

İyul ayında Türkiyə limanları 6 mindən çox gəmi qəbul edib (ÖZƏL)

Bakı, TurkicWorld

Bu ilin iyul ayında Türkiyə limanları 6 min 357 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 450 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 907 olub.

2025-ci ilin yanvar - iyul ayında Türkiyə limanları 35 min 802 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 329, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 473 olub”, - deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər