Rize-Artvin Hava Limanını ilk günündə iki mindən çox sərnişin istifadə edib

Rize-Artvin Hava Limanını ilk günündə iki mindən çox sərnişin istifadə edib

Bakı. TurkicWorld:

Mayın 14-ü istifadəyə verilən Rizə-Artvin Hava Limanından ilk gündə 2 min 52 sərnişinin istifadə etdiyi bildirilib. TurkicWorld-un məlumatına görə hava limanına ilk gündə 50 təyyarə eniş edib.

Qeyd edək ki, mayın 14-ü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə Rize-Artvin hava limanının açılışını ediblər.

Xatırladaq ki, Rize-Artvin hava limanı Türkiyənin Ordu-Giresun hava limanından sonra dəniz doldurma ilə inşa edilən ikinci hava limanıdır.