Bakı. TurkicWorld:
2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 faiz artaraq 10,8 milyard dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 3,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 53 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 28,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.