Son dəqiqə

Azərbaycan əmlak bazarı Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Mənzil bazarı mənzil satışı 2024 və 2025-ci illərin mənzil bazarı müqayisəsi Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı Xarici vətəndaşların Türkiyədə mənzil alışı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları

Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 337 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 49 obyekt çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 75 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 10 obyekt çoxdur.

Qeyd edək ki, 2025-ci ilin may ayında Türkiyədə 130 min 25 mənzil satın alınıb ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 17,6 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-may aylarında Türkiyədə 584 min 170 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin may ayında Türkiyədə xarici vətəndaşlara min 771 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azdır.

Eyni ilin yanvar-may aylarında əcnəbi vətəndaşlar Türkiyədən 7 min 789 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz azdır.

Mövzuya görə xəbərlər