Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi

Türkiyə müdafiə sənayesi məhsullarının ixracını artırıb ( ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 faiz artaraq 962 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 327,7milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 32,7 faiz çoxdur” –deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2021-mart 2022) Türkiyə 3,526 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

Mövzuya görə xəbərlər