Son dəqiqə

tender İstanbul Universiteti Türkiyədə tender 2025 tender elanları səhiyyə sektoru tenderi

İstanbul Universiteti tibbi cihaz satın alacaq

BAKI,TurkicWorld

İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsi 4 növ tibbi cihaz alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Cihazlar tenderin nəticələri açıqlandıqdan 15 dekabr 2025-ci il tarixiə qədər təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 30 iyun 2025-ci il tarixinə qədər "İstanbul Üniversitesi - Cerrahpaşa Rektörlüğü / Cerrahpaşa Tıp Fakültesi 34098 Cerrahpaşa Fatih/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər