Son dəqiqə

Fransa Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyənin dünya bazarlarına polad satışı 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) Türkiyə polad sənayesi Türkiyə polad ixracı

Türkiyədən Fransaya polad ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Fransa polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 58,6 faiz artaraq, 23 milyon 2 min 95 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Fransaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azalaraq, 80 milyon 211 min 14 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azalaraq, 20 milyard 130 milyon 36 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1 milyard 306 milyon 238 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 16 milyard 322 milyon 954 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər