Son dəqiqə

tender Türkiyədə tender Türkiyənin Ədliyyə Nazirliyi 2025 tender elanları

Türkiyənin Ədliyyə Nazirliyi tender elan edib

BAKI,TurkicWorld

Türkiyə Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyaları İdarəsi, 5 min ədəd masaüstü kompüter üçün sistem bloku və 5 min ədəd monitorun alınması üçün tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender məhsulları, tenderin nəticələri açıqlandıqdan sonra 120 gün ərzində təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 17 iyun 2025-ci il tarixinə qədər "Ergazi Mah. Fatih Sultan Mehmet Bulvarı No: 448/B 06370 Şaşmaz Yenimahalle/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər