Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi xalça Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Azərbaycana xalça ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 69,4 faiz azalaraq 207 min 66 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz azalaraq,1 milyon 940 min 85 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 890 milyon 630 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 199 milyon 463 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 2 milyard 821 milyon 400 min dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər