Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

Bakı. TurkicWorld:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 29-da 112,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,4 dollar/barel azdır.

Bu barədə TurkicWorld-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 111,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,46 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,39 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 112,37 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 5,19 dollar/barel azdır.