Son dəqiqə

Özbəkistan Türkiyə Ticarət nazirliyi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Özbəkistana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin mart ayında Özbəkistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz arrtaraq 34 milyon 618 min 50 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Özbəkistana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 82 milyon 370 min 56 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 7 milyon 773 min 310 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 2 milyon 729 min 594 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 30 milyon 469 min 748 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər