Son dəqiqə

Qırğızıstan Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin mart ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artaraq, 7 milyon 48 min 31 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 67,6 faiz azalaraq, 15 milyon 907 min 17 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb, 4 milyon 791 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 1 milyon 481 min 583 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 16 milyon 716 min 527 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər