Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə hava limanları İstanbul Hava Limanı sərnişin təyyarələri Türkiyədə hava nəqliyyatı 2025

İstanbul hava limanında sərnişindaşıma 17 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin mart ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 17 milyon 961 min 463 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5,6 faiz azalaraq, 3 milyon 423 min 383 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 14 milyon 583 min 80 nəfər təşkil edib.

2025-ci ilin mart ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 754 min 271 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 40 min 988 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz artaraq, 713 min 283 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin mart ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin mart ayı ilə müqayisədə 1 faiz artaraq, 121 min 638 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq, 25 min 576, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 96 min 62 olub.

2025-ci ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 45 milyon 139 min 958 nəfər, yük daşınması isə 1 milyon 38 min 913 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər