Son dəqiqə

Azərbaycan Rusiya AZPROMO

Azərbaycanla Rusiya arasında sazişlər imzalanıb

Bakıda "Dostluq" Udmurtiyanın Azərbaycan ictimai mərkəzi" Regional ictimai təşkilatı ilə Azərbaycanın Rus İcması arasında sazişin imzalanması mərasimi keçirilib.

TurkicWorld-un məlumatına görə, sənəd Udmurtiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına yönəlib.

Bundan başqa, tədbir zamanı Udmurtiya İnkişaf Korporasiyası ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında saziş imzalanıb.

Bu sənəd ikitərəfli əlaqələrin inkişafı və investisiyaların genişlənməsini nəzərdə tutur.

Mövzuya görə xəbərlər