Bakı, TurkicWorld
"ACWA Power" şirkəti inşasını həyata keçirdiyi Xızı-Abşeron külək elektrik stansiyasında 3 külək turbini uğurlu şəkildə quraşdırıb.
TurkicWorld xəbər verir ki, bu barədə "ACWA Power" şirkəti məlumat yayıb.
"Elektrik stansiyasında turbinlərin ümumi sayı 37 olacaq: onlardan 12-i Abşeronda, 25-i Xızıda quraşdırılacaq. Hər bir turbin 6,5 meqavat gücdədir və layihə üzrə ümumilikdə 240 meqavat güclə təmin edəcək",- deyə "ACWA Power" rəsmisi bildirib.
Turbinlər 100-metrlik qüllələrlə və 84 metr uzunluqda olan pərlərlə təmin olunub ki, bu da öz növbəsində yüksək effektivli eleketrik enerjisi hasilatına zəmanət verir.", -deyə şirkətdən əlavə edilib.
"Üç turbin artıq Abşeron rayonunda (Qobustanda) quraşdırılıb, qalan 12 turbinin isə təməl qoyma işləri yekunlaşıb. Xızıda aktiv inşa və qazma işləri aparılır", -şirkət rəsmisi deyib.
Bu layihə hər il 900 Qvt /saat ekoloji təmiz elektrik enerjisi istehsal etməyə və 400 000 tona yaxın karbon qazı tullantılarını ixtisar etməyə imkan verəcək.
Layihəyə qoyulmuş ümumi investisiyanın məbləği təxminən 340 milyon dollar təşkil edir.
Elektrik stansiyası iki zonada yerləşəcək: birincisi – Abşeron rayonu, ikincisi – Xızı rayonunda. Bu layihə Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və enerji sisteminin modernizasiyası üzrə qarşıya qoyduğu strateji məqsədlərini dəstəkləyir, eyni zamanda qeyri-neft sektorunda birbaşa xarici investisiya axınının həcminin və ixracatın artırılmasına təkan verir.